14 May 2014 11:29
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yanğın hələ də davam edir, içəridə qalanların xılası üçün ümidlər getdikcə tükənir”.


“Axar.az” xəbər verir ki, bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Tanər Yıldız baş verən faciə ilə bağlı açıqlama verərkən deyib.


Nazir ümidlər azalsa da, axır vaxta qədər işlərin davam edəcəyini bildirib:


"4 ağır yaralımız var. Vəfat edən 72 mədənçinin tibbi ekspertizası tamamlanıb. İçəridə olan işçilərin sayını hələ bilmirik. Xilasetmə əməliyyatında olan qrupun riskə girməməsi üçün karbonmonoksit qazının boşaldılması ilə məşğul oluruq. İçəridə yanğın davam edir".


Məlumata görə, faciədə ən azı daha 200-dən çox işçi xilas edilməsini gözləyir. Axtarış işinə qatılan bir mədən işçisi 350-400 adamın içəridə qaldığını deyib. İlk müdaxilədə 363 işçi azad edilib. Hadisə zamanı isə mədəndə 787 işçi çalışıb.


Müəllif: