28 Yanvar 2015 13:07
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna parlamenti Rusiyanın təcavüzkar dövlət kimi tanınması barədə bəyanat qəbul edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ukraynalı deputatlar həmçinin Rusiyanın dəstəklədiyi separatçı qurumları - Donetsk və Luqansk “xalq respublikaları”nı terrorçu təşkilatlar kimi tanımağa səs verib. Parlament beynəlxalq ictimaiyyəti bölgəyə humanitar yardımı artırmağa və Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

Rusiyanın Xarici İşlər nazirinin müavini Qriqori Karsin ölkəsinin təcavüzkar dövlət kimi səciyyələndiriləməsini “məsuliyyətləsiz və düşnücəsiz addım” adlandırıb və bunun Ukraynada kompromisin əldə edilməsi istiqamətində səylərin qarşısını aldığını deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər