Türkiyədə hakim partiya nazirlərə və millət vəkillərinə telefonu qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi iclasda bir ilkə imza atılıb. Belə ki, iclasda iştirak edən nazir və millət vəkillərinə telefonla toplantıya keçməyə icazə verilməyib.
Məlumata əsasən, hakim partiyanın binasında bu işlə məşğul olan bölmə yaradılıb və bundan sonra toplantılara telefonla girişin qadağan olduğu bildirilib.
Dəniz Əliyeva