28 Yanvar 2015 20:01
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvanın sabir parlament rəhbəri Vitautas Landsberqis Ukrayna ilə bağlı tərəddüdlü davranışına görə, Qərbi sərt ittiham edib.

Landsberqis vurğulayıb ki, Şərqi Ukraynada zorakılığın yeni dalğasına baxmayaraq, Qərb əvvəlki kimi, Ukraynanı müdafiə etmək əvəzinə Rusiyanın qarşısında qorxudan titrəyir:

"Hazırda onların nəsə etmək barədə fikirləri xoşagəlməz, iyrənc davranışdır. Çoxdan hər şeyi müzakirə etməli idilər. Əgər vəziyyət pisləşir və ya qəsdən onu pisləşdirirlərsə, bu, heç də kifayət deyil. İndi Rusiya hər kəsə qarşı axmaqlıq edir və hamını alçaldır. Amma Qərb bunu qəbul edir".

Avropa parlamentinin keçmiş üzvünün səbr kasasının dolmasına səbəb Rusiyaya qarşı yumşaq davranış və ya “mümkün” sanksiyaların hələ də müzakirə olunmasıdır:

"Birincisi, onlar bütün "mümkünlər"i çıxdaş etməlidirlər. Əgər onlar “yeni sanksiyaları müzakirə edək” desəydilər, bu, daha doğru olardı”.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər