1 Aprel 04:41
1 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət və Hakim Partiyası (AKP) seçkiyə ciddi şəkildə hazırlaşsa da, təəssüf ki, yerli özünüidarə orqanlarına seçkilərdə istədiyimiz nəticəni qazana bilmədik. Nəticə belə oldu, hər şeydə bir xeyir var.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada xalqa müraciətində deyib.

Dövlət başçısının sözlərinə görə, seçki prosesi demokratiyaya yaraşan şəkildə baş tutub:

“Bu seçkinin qalibi demokratiyamızdır. Bu yolu bərabər addımlayacağıq. Kim nə deyirsə-desin. Bu, son 22 ildə 18-ci sandıq imtahanımız oldu. Həmişə də öhdəsindən gəldik, bundan sonra da belə olacaq”.

Ərdoğan qarşıdan gələn dörd il ərzində səhvlərin düzəldilməsi, çatışmazlıqların yerinə qoyulması başda olmaqla ölkənin rifahı və təhlükəsizliyi istiqamətində fəaliyyətlərinə davam edəcəklərini bildirib.

Meydana toplaşanların ünvanına səsləndirdiyi xoş sözlərə Ərdoğanın cavabı belə olub:

“Mən də sizə dəlilər kimi aşiqəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər