Rusiya ilə Ukrayna arasında gedən müharibədə cəbhə xətti vacib deyil, tərəflərin hərbi-iqtisadi potensialı önəmlidir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya baş nazirinin keçmiş müavini Alfred Kox deyib.
Onun iddiasına görə, Ukrayna PUA-larının Rusiyanın neft emalı zavodlarına hücumları Kiyevi cəbhədəki döyüşlərdən çox qələbəyə yaxınlaşdırır.
“Bu hava hücumları Rusiya Prezidenti Vladimir Putini döyüş meydanında istənilən qələbədən daha çox konstruktiv danışıqlara sövq edir. Yeri gəlmişkən, bu günə qədər Hitler üzərində qələbəyə nəyin səbəb olduğu sualına hələ də qəti cavab yoxdur: Stalinqrad və Kursk döyüşləri, yoxsa Amerikanın Ployeşti neftayırma zavodunu və Ruxr metallurgiya zavodlarını bombalaması?”, - Kox bildirib.
Siyasətçi Ukraynanın əlverişli məqamda Rusiya ilə danışıqlara gedəcəyini də vurğulayıb:
“Bu səbəbdən də Zelenskiyə məhdudiyyətlər qoymağa ehtiyac yoxdur, lazımi məqama çatdıqdan sonra Putinlə danışıqlara başlamağı mümkün hesab edəcək. Bu danışıqların effektivliyi cəbhə xəttinin hara çəkilməsindən yox, müttəfiqlərin yardımının həcmindən, ukraynalıların müqavimət göstərmək əzmindən, Rusiyanın hərbi-iqtisadi potensialının tükənmə sürətindən asılıdır”.