Yaponiya Ukraynaya 118 milyon dollar yardım ayırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yardım Dünya Bankının (HEAL Ukraine) və (HOPE) layihələri çərçivəsində ayrılıb.
Qeyd olunan vəsaitin 70 milyon dolları tibbi təminat proqramı üzrə xərclərin qaytarılması kimi dövlət büdcəsinə dəstəyə yönələcək.
Yerdə qalan 48,2 milyon dolların cüzi və orta təmirə ehtiyacı olan çoxmərtəbəli və fərdi evlərin sahiblərinə təzminat üçün ayrılacağı bildirilib.