Qulaməli Xoşru İranın BMT-dəki yeni daimi nümayəndəsi təyin edilib.
Teleqraf.com-un "BBC"-yə istinadən məlumatına görə, Q.Xoşru 1989-1995-ci illərdə də həmin vəzifədə çalışıb.
Məlum olduğu kimi, 2014-cü ilin aprelində ABŞ Konqresində İranın BMT-yə təyin etdiyi Həmid Əbutalebin ölkəyə buraxılmamasına dair qanun layihəsi qəbul edilmişdi.
ABŞ hökumətinə görə, Əbutaleb 1979-cu ildə Amerikanın İrandakı səfirliyində girovların saxlanılmasında iştirak edib.