Ukrayna kəşfiyyatı məni öldürmək istəyir.
Teleqraf.com xəbər verir ki, bunu “Russia Today” dövlət telekanalının erməni baş redaktoru Marqarita Simonyan deyib.
Jurnalistin sözlərinə görə, Ukrayna Milli Təhlükəsizlik Xidməti onun dünya ölkələrinə səyahətini əngəlləməyə çalışır.
Simonyan əlavə edib ki, bu yolla Ukrayna xüsusi xidmət orqanları onu öldürmək üçün zəmin hazırlayır.
Erməni jurnalist barəsində Ukraynada cinayət işi açılıb. Barəsində qiyabi həbs qərarı verilən Simonyan Ukraynada “mülki insanlara qarşı soyqırımı çağırışı”, “Ukraynanın ərazi bütövlüyünə qəsd”, “müharibə təbliğatı” və Rusiyanın işğalçı müharibəsinə haqq qazandırmaq”da ittiham olunur.
Yeni sənədləşdirilmiş cinayətlər arasında Marqarita Simonyanın 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı açıq çağırışı da var. Həmin ay o, Ukrayna vətəndaşlarının fiziki şəkildə məhv edilməsi iddiası ilə də çıxış edib. Bundan əlavə, istintaqa görə, erməni jurnalist dəfələrlə Ukraynanın mülki infrastrukturuna raket hücumlarının davam etdirilməsi üçün kampaniya aparıb.