3 Aprel 13:16
2 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Parisdə keçirilən sammitdə Qərbin Ukrayna münaqişəsində strategiyasını dəyişmək istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

ABŞ nəşri bildirir ki, Makron mövcud srategiyanı dəyişmək üçün ABŞ Prezidenti Co Bayden və Almaniya Kansleri Olaf Şolzla telefon danışığı aparıb.

Fransa lideri həmsöhbətlərini Rusiya ilə münasibətlərdə "qırmızı xətlər"dən əl çəkməyə çağırıb. Almaniya və ABŞ liderləri bu ideyanı dəstəkləməyiblər.

Nəşr qeyd edir ki, Bayden münaqişənin gərginləşməsindən qorxduğunu söyləyib, Şolz isə müttəfiqlərin parçalanması və NATO-nun tərəfə çevrilməsi risklərindən danışıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər