3 Aprel 13:40
1 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Botsvana Prezidenti Mokqvitsi Masisi fil ovunun qarşısını almaq üçün ov ləvazimatlarının satışına məhdudiyyətlər qoymaq istəyən Almaniyaya 20 min fil göndərməklə hədələyib.

Teleqraf.com xəbər verir ki, prezident Almaniya hökumətinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və ləvazimatlarının satışını qadağan etmək təşəbbüsünü tənqid edib.

Təxminən 130 min filin yaşadığı Botsvanada mühafizə işləri nəticəsində fillərin sayının fantastik həddə artdığını söyləyən Masisi fil sürülərinin mülklər və məhsullara zərər verdiyini, insanların ölümünə səbəb olduğunu da bildirib.

Ölkə lideri ovun fil populyasiyasına nəzarət üçün təsiredici üsul olduğunu vurğulayıb:

“Berlində oturub Botsvanadakı problemlərimiz haqda fikir irəli sürmək çox asandır”.

Botsvananın fil sayını azaltmaq üçün Anqolaya artıq 8 min fil verdiyini xatırladan Masisi populyasiyanı qorumaq üçün fəaliyyətlərini davam etdirəcəyi təqdirdə, Almaniyaya 20 min fil göndərə biləcəklərini deyib.

Masisi bunun zarafat olmadığını vurğulayaraq, “yox” cavabını qəbul etməyəcəklərini də sözlərinə əlavə edib.

Dünya üzrə fillərin təxminən üçdə birinin yaşadığı Botsvanada 2014-cü ildə bu heyvanların ovu qadağan edilib. Qadağa 2019-cu ildə fil populyasiyasındakı partlayışa səbəb olduğu üçün əhalinin tələbinə uyğun olaraq götürülüb.

Almaniya Ekologiya Nazirliyi Afrika ölkələrinə ov ləvazimatlarının ixracını məhdudlaşdırmaq təşəbbüsü irəli sürüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər