ABŞ-ın Kaliforniya ştatında 5,7 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Ferndeyl yaşayış məntəqəsindən 41 km cənub-qərbdə, ocağı isə 16,7 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Qeyd edək ki, ötən ilin avqustunda Kaliforniyada 6,0 bal gücündə baş verən zəlzələ nəticəsində 120 nəfərə tibb yardım göstərilmişdi.