3 Aprel 16:01
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin köməyi və ukraynalıların cəsarətli müqaviməti rusların planlarını alt-üst edib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

"Kiyevin ruslar tərəfindən işğalı heç vaxt baş verməyəcək. Lakin belə bir imkan 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının əvvəlində mövcud idi. Ancaq Ukrayna ordusunun inanılmaz müqaviməti və verilən dəstək sayəsində Putinin bütün Ukraynanı xəritədən silmək, o cümlədən Rusiyanın bir hissəsi etmək istəyi baş tutmadı və bu, gələcəkdə də olmayacaq", - Blinken bildirib


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər