29 Yanvar 2015 04:38
2 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da keçmiş prezidentliyə namizəd, senator Con Makkeynin Türkiyə ilə bağlı gözlənilməz açıqlamaları dünya ictimaiyyətinin diqqətini çəkib.

Teleqraf.com-un məlumatına görə, Makkeyn vaxtilə Suriya məsələsində Türkiyə rəhbərliyinin mövqeyinin qəbul edilməməsini ciddi yanlışlıq adlandırıb.

Maraqlıdır ki, tanınmış senator ABŞ rəsmilərinin indi bununla bağlı böyük peşmançılıq hissi keçirdiyini gizlətməyib.

Türkiyə baş nazirini tam dəstəklədiyini ifadə edən senator "Davudoğlunun söylədiklərinə 90 faiz qatılıram" deyib.

Makkeyn açıq şəkildə vurğulayıb ki, İŞİD kimi bir problemin ortaya çıxması Davudoğlunun bu məsələ ilə bağlı təkliflərinin nəzərə alınmamasının nəticəsidir.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər