29 Yanvar 2015 08:47
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-də 7 üzv dövlətə qarşı sərt cəz tətbiq olunub. Səbəb bu ölkələrin nüfuzlu beynəlxalq təşkilata üzvlük haqqını ödəməməsidir. Yaranmış borc nəticəsində həmin dövlətlər BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum olublar.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Hazırda yeddi ölkə Baş Assambleyanın 69-cu sessiyasında səs verə bilmir. Bunlar Qrenada, Qırğızıstan, Marşal adaları, Makedoniya, Tonqa, Vanuatu və Yəməndir”, deyə S. Düjarrik bildirib.

BMT rəsmisinin sözlərinə görə, bir neçə gün əvvəl bu siyahıdan borcunu ödəmiş Ruanda silinib. BMT katibliyi borclu ölkələri təşkilatda tam üzvlüklərini bərpa etmək üçün tezliklə borclarını ödəməyə çağırıb.


Müəllif: