4 Aprel 01:39
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib.

“Donorlarla danışdıq. Vaxtilə hər şeyin şəffaf olacağına dair söz verilmişdi. Təəssüf ki, bu vəd yerinə yetirilmədi. Xarici maliyyələşmənin şəffaflaşması əvəzinə, əksinə, radikal qrupların və partiyaların gizli maliyyələşməsi artıb”

Parlamentin spikeri buna misal olaraq “Droa” partiyasını göstərib. Onun sözlərinə görə, onların xaricdən maliyyələşdiyindən hakimiyyət təsadüfən xəbər tutub.

Qeyd edək ki, Gürcüstanda hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim edib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər