29 Yanvar 2015 05:18
2 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasının 3-cü günü çərçivəsində Rusiya əleyhinə qətnamə qəbul edib.

Musavat.com xəbər verir ki, qətnamədə Ukrayna Ali Radasının və Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nadejda Savçenkonun azad edilərək Ukraynaya və ya üçüncü ölkəyə təhvil verilməsi tələbi ilə Moskvaya 24 saat vaxt verildiyini bildirən bənd də var.

Bu barədə Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin Tvitterdə yazıb.

Xatırladaq ki, Savçenko Ukrayna hərbi hava qüvvələrinin qadın pilotudur. Ötən ilki növbədənkənar parlament seçkilərində o Ali Radaya deputat seçilib.


Müəllif:

Oxşar xəbərlər