Rusiya ordusu gecə saatlarında Ukrayna ərazilərinə “Şahid” tipli hücum dronları (İran istehsalı) ilə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, Ukrayna hərbi aviasiyası PUA-ların əksəriyyətini məhv edib.
Ukrayna Baş Qərargahının məlumatına görə, ümumilikdə Rusiyadan Ukrayna ərazisinə 20 PUA buraxılıb.
“Rusiya işğalçıları gecə “Şahid-136” və “Şahid-131” tipli 20 PUA-lardan istifadə etməklə növbəti dəfə Ukraynaya hücum ediblər. 11 hücum PUA-sı Ukraynanın hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən zərərsizləşdirilib”, - məlumatda deyilir.