4 Aprel 11:30
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Krımı ələ keçirmək üçün cənub istiqamətində növbəti hücum təşkil etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Mixail Samus deyib.

Onun sözlərinə görə, Ukraynanın şərqində döyüşlər daha uzun sürə bilər: "Krımın ələ keçirilməsinin Sırskinin planı üçün kritik olduğuna dair fərziyyəmi dəyişmirəm. Sirski bu il hücum əməliyyatlarına başlamaq zərurətinə meyllidir. Bunun üçün ona ABŞ və Avropa İttifaqı tərəfindən maliyyə dəstəyi veriləcək və Ukrayna həmin vaxta qədər onları qəbul edərsə, F-16 qırıcılarından da istifadə olunacaq".

Ekspertin fikrincə, Donald Tramp ABŞ Prezidenti seçilərsə, Ukrayna münaqişəsinə təsir edə bilər:

"Rusiya Trampla razılaşa bilər ki, Ağ Ev Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiq etsin və onu sülh imzalamağa və ən azı Rusiyanı birbaşa nəzarətində olan ərazilərin artıq itirilmiş yerlər kimi tanımağa məcbur etsin".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər