29 Yanvar 2015 06:59
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa yaxın onilliklərdə çox ciddi dəyişikliklərlə üzləşəcək. Dünyada baş verən qlobal iqtisadi proseslər qoca qitənin liderlik mövqeiyinin itirilməsinə gətirib çıxaracaq.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker Fransanın “Fiqaro” qəzetinə müsahibəsində bəyan edib.

“Təqribən 30 ildən sonra Avropa İttifaqının heç bir ölkəsi dünyanın qabaqcıl dövlətləri klubu olan G7-də yer almayacaq", deyə J-K. Yunker bildirib. Onun sözlərinə görə, əgər 1900-cu ildə Avropada dünyanın 20% əhalisi yaşayırdısa, 2100-ci ildə bu göstərici cəmi 4% təşkil edəcək.

Həmçinin Avropa Komissiyasının sədri Yunanıstanın avrodan imtina etməsi və Avropa İttifaqından çıxması ehtimalına dair siyasi spekulyasiyaları yersiz hesab edib: “Biz onsuzda kiçik bir qitəyik. Parçalanma barədə müzakirələrin zamanı deyil”.


Müəllif: