4 Aprel 23:56
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Ukraynaya qoşun göndərmək və münaqişənin bir tərəfinə çevrilmək niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“NATO münaqişənin tərəfi deyil və olmayacaq. Alyans Ukraynaya özünümüdafiə üçün dəstək verir. Bizim Ukraynaya qoşun göndərmək planımız yoxdur, belə bir müraciət olmayıb”, - o deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər