Ekvadorda hərəkətdə olan sərnişin avtobusunda oğrular içində 20 min dollar olan çantanı götürmək üçün 2 nəfəri amansızlıqla öldürüblər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Sangolqui şəhərində baş verən hadisədə ata və oğul bankdan qazandıqları pulu götürərək avtobusa miniblər. Avtobusda olan digər iki nəfər çantada pulun olduğunu görüb onu götürməyə çalışıb. Vəziyyətin çətinləşdiyini görən oğrular silaha əl atıblar. Onlar digər sərnişinlərin gözü önündə ata və oğula bir neçə dəfə atəş açıb, hadisə yerindən uzaqlaşıblar.
Hadisədən sonra xəstəxanaya çatdırılan şəxslərin həyatını xilas etmək mümkün olmayıb.
Bütün olanlar isə avtobusda yerləşdirilmiş təhlükəsizlik kamerasında əks olunub.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir