5 Aprel 00:23
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ BMT Təhlükəsizlik Şurasında (TŞ) kosmosda nüvə silahının yerləşdirilməməsinə dair qətnamə layihəsini səsverməyə çıxaracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz bu qətnaməni gələn həftənin əvvəlində səsverməyə çıxaracağıq”, - deyə Ağ ev rəsmisi vurğulayıb.

Kirbi əlavə edib ki, Vaşinqton Rusiyanın qətnaməyə səs verməsini gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər