5 Aprel 22:12
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Respublikası 2024-cü ildə Ukraynaya 2,3 milyard dollar maliyyə yardımı ayıracaq.

Teleqraf.com xəbər verir ki, bunu Koreya Respublikasının xarici işlər naziri Ço Txe Yol NATO ölkələrinin və onların tərəfdaşlarının xarici işlər nazirlərinin görüşündə deyib.

“Ölkəmiz Ukraynaya sülhün bərpası naminə yardım göstərməyə davam edəcək və bu ildən başlayaraq 2,3 milyard dollarlıq orta və uzunmüddətli paket ayrılacaq”, - o vurğulayıb.

Bundan əlavə, Cənubi Koreya yaralanan Ukrayna hərbçiləri üçün reabilitasiya mərkəzlərinin fəaliyyət göstərməsi üçün NATO fondu vasitəsilə 12 milyon dollar məbləğində maliyyə yardımı ayıracaq.

Cənubi Koreya Kiyevi silah və döyüş sursatla tədarük etmir və ona yalnız humanitar və maliyyə yardımı göstərib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər