İslandiyanın Baş naziri Katrin Yakobsdouttir istefa verib.
Teleqraf.com xəbər verir ki, bu barədə İslandiyanın RUV televiziya və radio şirkəti məlumat yayıb.
Bildirilib ki, 2007-ci ildən hökumətə başçılıq edən Yakobsdouttir prezidentliyə namizəd ola bilmək üçün bu addımı atıb.
Onu kimin əvəz edəcəyi hələ ki, müəyyən edilməyib.
İslandiyada prezident seçkiləri iyunun 1-nə təyin edilib.