Tanınmamış Dnestrya Respublikasına PUA hücumu Rusiyanın Moldovada sabitliyi pozmağa yönəlmiş hibrid əməliyyatı fonunda baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
ABŞ analitiklərinə görə, Rusiya hücumda Ukraynanı günahlandıra bilər, amma Kiyevin hücumda əlinin olduğuna dair heç bir sübut yoxdur. Martın 17-də analoji hadisə baş verəndə Moskva oxşar bəyanat vermişdi.
“Rusiya hakimiyyəti bundan əvvəl əsassız olaraq Ukraynanı martın 17-də Dnestryanıdakı hərbi bazaya pilotsuz təyyarə ilə zərbə endirməkdə ittiham etmişdi. Eyni şəkildə Ukraynanı yenə özünün Moldovaya qarşı hibrid əməliyyatları çərçivəsində aprelin 5-də zərbə endirməkdə ittiham edə bilər”, - analizdə qeyd olunur.
İnstitut xatırladır ki, aprelin 5-də - olayın baş verdiyi gün Moldovanın digər rusiyapərəst regionu Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul Moldovanın Rumıniya ilə birləşəcəyi təqdirdə, dərhal ayrılma prosesinə başlayacağı ilə hədələyib.
Analitiklər hesab edirlər ki, baş verənlər Moldova üçün çox real müdafiə variantıdır: “Moldova bu yolla öz şərtləri ilə NATO-nun bir hissəsi ola bilər”.
ISW hesab edir ki, Kreml də bu təhlükəni anlayır, ona görə də indi ölkənin Avropa Birliyi və ya NATO-ya daxil olmasının qarşısını almaq üçün müxtəlif vasitələrə əl atır.