Rusiyada uşaqların cinsi toxunulmazlığına qarşı cinayət törətməkdə təqsirli bilinən şəxslərin məktəbə, uşaq bağçasına, uşaq meydançalarına və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş digər yerlərə getməsi qadağan edilir.
Teleqraf.com xəbər vedrir ki, bu barədə qanunu Rusiya Prezidenti imzalayıb.
Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Qadağada qeyd olunur ki, əvvəllər pedofiliya cinayətinə görə məhkum olunmuş, məhkumluğu götürülməmiş və ya ödənilməmiş cinayət stajı olan hər hansı şəxsin uşaqlar üçün təhsil müəssisələrinə gəlmək, sanatoriyaların, uşaq kurortlarının, xəstəxanaların və digər bu kimi yerlərin ərazisinə daxil olmaq hüququ yoxdur.