Prezident Vladimir Zelenski Fransa rəhbəri Emmanuel Makronun Qərb qoşunlarının Ukrayna ərazisinə göndərilməsi təşəbbüsünə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Ukrayna liderinin sözlərinə görə, bu qoşunlar ukraynalı döyüşçülərə ölkə daxilinə təlim keçsələr, bu, hərbçilərin xaricə göndərməkdən qat-qat tez başa gələcək:
"İkincisi, Ukraynanın ayrı-ayrı bölgələrində bütün Qərb texnikasını təmir etmək üçün yeraltı təmir qovşaqları qururuq. İş gedir, bəzi işləri görmüşük və məlum olur ki, nə qədər sürətliyik. Halbuki təmirə göndərdiyimiz bəzi texnikalar üç aya geri qaytarılır.
Biz də sərhəddə işləmək təşəbbüsünün tərəfdarıyıq. Bundan necə imtina edə bilərik ki? Təklif etsələr və gəlsələr, yalnız dəstək olacağıq".