7 Aprel 00:23
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın hakimiyyət orqanları təkcə kişiləri deyil, 18-60 yaş arası bütün qadınları hərbi xidmətə cəlb olunanların reyestrinə daxil etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri prezident Vladimir Zelenskinin fərmanına istinadla yazıb.

“Hökumət 18 yaşından 60 yaşına qədər bütün qadınları da hərbi xidmətə cəlb olunanların reyestrinə daxil etmək niyyətindədir”, - nəşr vurğulayır.

Nəşrin məlumatına görə, Zelenskinin əvvəllər imzaladığı hərbi xidmətə cəlb olunanların elektron reyestrinə dair qanunda dövlət orqanlarının cinsindən asılı olmayaraq 18 yaşdan 60 yaşadək bütün Ukrayna vətəndaşları haqqında məlumatların reyestrə təqdim edilməsi ilə bağlı müddəa var.

Jurnalistlər belə qənaətə gəliblər ki, ukraynalı qadınların da hərbi xidmətə cəlb olunanların reyestrinə daxil edilməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər