“Türkiyə viza rejiminin tətbiqi ilə bağlı Tacikistanı xəbərdar etməyib”.
Teleqraf.com xəbər verir ki, bunu Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şoxin Səmədi deyib.
O bildirib ki, Tacikistan tərəfi qarşılıqlılıq prinsipinə uyğun olaraq Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi məsələsini nəzərdən keçirir.
Qeyd edək ki, Türkiyə Tacikistan vətəndaşlarına vizasız ölkəyə girişi qadağan edib. Müvafiq fərmanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
Qərarın səbəbləri açıqlanmayıb.