Rusiya qoşunlarının hücumu yazın sonu, yayın əvvəlində gözlənilir. Eyni zamanda, düşmən üçün strateji istiqamət Pokrovskdur və onların Donetsk vilayətinin Çasiv Yara qədər irəliləmələri istisna olunmur.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirilo Budanov Almaniyanın ARD telekanalına müsahibəsində söyləyib.
Onun sözlərinə görə, yazın sonu və yayın əvvəlində, xüsusən də Donbasda Rusiya hücumunun artması gözlənilir.
“Onlar Çasiv Yara doğru bir az irəliləyəcəklər. Pokrovsk şəhəri istiqamətində, Pokrovsk strateji istiqamətində hərəkət edəcəklər”, - o qeyd edib.
Eyni zamanda Budanov hesab edir ki, Rusiyanın gözlənilən hücumu başlamazdan öncə cəbhədə ciddi dəyişikliklər olmayacaq.
“Vəziyyət olduqca mürəkkəbdir, ancaq nəzarət altındadır”, - Budanov vurğulayıb.
Kəşfiyyat rəisi bu il Ukraynanın hücumunu istisna etmir. Bununla belə, o, sözügedən mövzuda daha ətraflı danışmayaraq bu sahəyə görə məsuliyyətin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının üzərinə düşdüyünü açıqlayıb.