7 Aprel 22:25
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin 19-20 sentyabrında Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan və bu gün müalicə olunduğu tibb müəssisəsində vəfat edən Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu sabah Salyanda dəfn ediləcək.

Teleqraf.com xəbər verir ki, şəhid Salyanın Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ü.Bağırov Salyan şəhərində anadan olub. O, bu gün müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər