8 Aprel 16:34
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ maliyyə naziri Canet Yellen Çinə dördgünlük səfərindən sonra bu ölkənin bankları və ixracatçılarına xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, nazir Rusiyanın hərbi potensialının gücləndirilməsinə kömək edəcəkləri təqdirdə Vaşinqtonun onlara da gələcəyini söyləyib.

“Xüsusilə Çindəki şirkətlərin Rusiyanın müharibəsinə maddi dəstək verməməli olduqlarını və versələr ciddi nəticələrlə üzləşəcəklərini vurğuladım.

Rusiyanın müdafiə sənayesi bazası üçün hərbi və ya ikili təyinatlı mallar təmin edən önəmli əməliyyatları asanlaşdıran hər hansı banklar özlərini ABŞ sanksiyaları riski ilə üz-üzə qoyurlar”, - Yellen Pekində keçirdiyi mətbuat konfransında deyib.

Çin əvvəllər xəbərdarlıqların hədəfi olsa da, amerikalı nazirin Pekində verdiyi mesaj birbaşa sanksiyalar təhlükəsini ehtiva etməsi baxımından diqqət çəkir.

Açıqlama Rusiya xarici işlər naziri Sergey Lavrovun Çinin paytaxtına gəldiyi gün verilib. Çin müharibə ilə bağlı mövqeyinin bitərəf olduğunu bildirsə də, tez-tez ABŞ tərəfindən Rusiya ilə işbirliyində ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər