8 Aprel 22:58
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa podratçıları xəbərdarlıq edirlər ki, sursatların hazırlanmasında istifadə olunan Çinin pambıq lifindən asılılıq, Qərb ölkələrində istehsalı genişləndirmək imkanlarını təhlükə altına qoyur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Pambıq lifi artilleriya mərmiləri və digər partlayıcı maddələrdə istifadə olunan nitroselülozun istehsalı üçün lazım olan əsas tərkib hissəsidir.

Ukrayna Rusiyaya qarşı müharibədə böyük həcmdə mərmi istehlak etdiyi üçün sursata tələbat kəskin artıb. Avropalı podratçılar bu səbəbdən istehsalı artırmağa çalışırlar, amma müxtəlif resurslar, o cümlədən “top yunu” kimi tanınan nitroselüloz üçün tədarük zəncirində məhdudiyyətlər var.

İsveçin “Saab” və Almaniyanın “Rheinmetall” şirkətləri də daxil olmaqla aparıcı silah istehsalçıları xəbərdarlıq edirlər ki, Avropa qlobal ticarətin yarıdan bir qədər az hissəsini təşkil edən Çindən hədsiz dərəcədə asılıdır. “Rheinmetall”ın baş direktoru Armin Papperger deyir ki, Avropa pambıq lifinin 70 faizdən çoxunu təmin edən Çinə arxalanır.

“Risk var, Çin geosiyasi səbəblərə görə tədarükü kəsə bilər. Buna görə də ehtiyatımızı doldurmaq üçün bacardığımız qədər alırıq”, - Papperger vurğulayır.

Avropa Birliyi Ukraynaya kömək məqsədilə tükənmiş ehtiyatlarını artırmaq üçün NATO standartlarına uyğun 155 mm-lik mərmi istehsalını ildə 1.4 milyona çatdırmaq niyyətindədir. Bunun üçün Avropada partlayıcı maddələrin istehsalını stimullaşdırmaq üçün 2 milyard avroluq fond yaradılıb.

Avropada nitroselülozla bağlı ciddi çatışmazlıq var, bu, digər sənaye sahələrində də çətinlik yaradır. Beynəlxalq Ticarət Mərkəzinin məlumatına görə, pambıq lifi üzrə dünya ticarətinin demək olar yarısı Çinin payına düşür. Resursların ən böyük idxalçıları Almaniya, İsveç və Belçikadır.

Şirkətlər Çinə bağlı olaraq partlayıcı maddə istehsalını sürətlə artırmağın çətin olacağı barədə xəbərdarlıq edirlər. Münasibətlərin pisləşəcəyi təqdirdə Çinin ixracı məhdudlaşdıra biləcəyi təhlükəsi də var.

Eyni zamanda, son iki ildə Rusiya Çindən nitroselüloz idxalını artırıb - 2022-ci ildəki 3.4 milyon dollardan 2023-cü ilin ilk 10 ayında 7.18 milyon dollara qədər...


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər