8 Aprel 17:40
4 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün maliyyə məsələləri üzrə işçi təmaslar aparır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Maliyyə məsələlərinə gəlincə, vəziyyətdən çıxış yolu tapmaq üçün işçi səviyyəsində daimi təmaslar var. Həqiqətən də problemlər mövcuddur, amma bu problemlərin nədən qaynaqlandığı bəllidir”, - Rusiya rəsmisi bildirib.

Peskov əlavə edib ki, maliyyə hesablamalarındakı problemlər həm Rusiya, həm də Türkiyə iqtisadi operatorlarına ziyan vurur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər