8 Aprel 22:24
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hakimiyyəti İsrailə qarşı bəzi yeni əks tədbirlər görməyə qərar verib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında deyib.

“İsrail Qəzza zolağına yardım çatdırmaq cəhdlərimizin qarşısını almağa çalışır. Bu vəziyyətlə əlaqədar olaraq biz İsrailə qarşı bir sıra yeni tədbirlər tətbiq etmək qərarına gəldik. Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən bu tədbirlər dərhal və mərhələli şəkildə həyata keçiriləcək”, - o bildirib.

H.Fidan qeyd edib ki, bu tədbirlər İsrail tam atəşkəs elan edənə və humanitar yardımın Qəzzaya maneəsiz axınına icazə verənə qədər qüvvədə qalacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər