9 Aprel 11:24
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərindən sonra PKK terror təşkilatının siyasi qanadı DEM Partiyası (HDP) təxribatçı fəaliyyətini artırıb.

Teleqraf.com xəbər verir ki, sözügedən partiyanın deputatı, PKK lideri Abdullah Öcalanın qardaşı oğlu Ömər Öcalan 3 il əvvəl Türkiyə parlementində terror təşkilatı və əmisini mədh etdiyi skandal sözlərini sosial şəbəkədə yenidən paylaşıb.

Öcalan parlamentdə büdcə müzakirələri zamanı təxribatçı ifadələrə yer vermişdi.

Çıxışı zamanı soyadı ilə bağlı tənqidlər səslənəndə baş terrorçunun qardaşı oğlu soyadı ilə fəxr etdiyini söyləmişdi: “Soyadımla fəxr edirəm. Bunu yaxşı bilin, bu soyadla yaşamağa davam edəcəm”.

DEM üzvü 3 il əvvəl soyadı ilə bağlı dediklərini yenidən paylaşıb: “Soyadımızla fəxr edirik. Xalqımız (kürdlər) buna öz soyadı kimi baxır”.

Ömər Öcalanın sözləri sosial şəbəkələrdə kəskin təpkilərlə qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər