Rusiya ordusu Avdiv şəhərinin şimalında bir neçə mövqeni ələ keçirsə də, Ukrayna Silahlı Qüvvələri əks-hücum nəticəsində bəzi əraziləri geri almağa nail olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
"Rusiya qoşunları Novokalinovo yaxınlığında, həmçinin kəndin cənub-şərq istiqamətində irəliləyib. Amma bundan sonra əks-hücuma keçən Ukrayna ordusu bu istiqamətlərdə rusları sıxışdırıb. Məlumata görə, Ukrayna qüvvələri Rusiya qoşunlarıını şərq doğru geri çəkilməyə məcbur edib, eləcə də Novokalinovonun inzibati sərhədlərindən uzaqlaşdırıb.
Rusiya hərbi rəsmiləri qoşunlarının Berdıçı və Vodyanoya doğru irəlilədiyini iddia etsə də, ISW bu iddianı təsdiq edəcək sübut tapmayıb", - deyə məlumatda vurğulanıb.