14 May 2014 12:25
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Kramatorsk şəhərində hərbiçilərə hücum çəkən silahlıların snayper silahı ilə təchiz olunduğu bildirilir.

Teleqraf.com-un yaydığı məlumata görə, bu barədə Ukrayna Daxili İşlər nazirliyinin mətbuat katibi Aleksey Dmitraşovskiy bildirib.

Kramatorskun yaxınlığında yerləşən Oktyabrsk kəndində desant qrupu bir blokpostdan digərinə yeyinti məhsullarını apararkən, terrorçuların hücumuna məruz qalıb.

Hücum edən 30-40 nəfərin “Qazel” və “Jiquli” avtomobilləri ilə kəndə gəldiyi bildirilir.

“İlk atəş qumbaraatandan həyata keçirilib. Mərmi ikinci sırada gedən ZTR-ə dəyib. Bundan sonra terrorçularla desant arasında atışma başlayıb. Nəticədə 6 desantçı həlak olub, daha 9 nəfər yaralanıb. Hadisədə 1 ZTR və bir “Qaz -66” hərbi texnikası məhv edilib. Pusqu bəndlərin arxasında qurulub. Hadisə yerində terrorçulardan birinin kürək çantası tapılıb. Çantada silah-sursat aşkarlanıb”, - deyə, Dmitraşovskiy bildirib.

Hazırda hadisə yerində təmizləmə işləri aparılır. Sakinlərlə müvafiq işlər aparılır.


Müəllif: