9 Aprel 23:26
1 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynanın şərqini tam ələ keçirsə, “yeni Ukrayna dövləti” yaradacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Ukraynanın iki yerə bölünməsi təhlükəsi var. Rusiya Donbas və Luqansk vilayətlərini tam ələ keçirib, “yeni Ukrayna dövləti” elan edə bilər. Qərbin bəzi liderləri də “təhlükəsizlik zonası”nın yaradılması baxımından Ukraynanın iki yerə bölünməsində maraqlıdırlar. Hesab edirlər ki, Rusiya bununla dayanacaq. Amma Rusiya bununla kifayətlənməyərək, Ukraynadan sonra Baltikyanı ölkələr və Polşaya da əl atacaq. Kremlin sonrakı hədəflərinə Mərkəzi Asiya ölkələri daxildir. Təsadüfi deyil ki, Ukraynada savaş başladıqdan sonra Rusiyanın bəzi ictimai-siyasi fiqurları açıq şəkildə Qazaxıstanı hədəfə alan açıqlamalar veriblər. Müharibənin lap əvvəlində verilən belə açıqlamalar Qazaxıstan tərəfindən sərt təpki ilə qarşılanmışdı. Rusiya Qazaxıstanın şimalını “öz ərazisi” hesab edir”, - ekspert bildirib.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstana da “öz təsir zonası” kimi baxır.

Politoloq vurğulayıb ki, seçki kampaniyasının ABŞ-də yaratdığı fikir ayrılığı, Avropada başlayan Almaniya-Fransa geosiyasi rəqabəti Ukraynanın məğlubiyyəti ilə nəticələnə bilər:

“Qərb Ukraynaya elə silahlar verir ki, bununla sadəcə özlərini müdafiə edirlər. Ukraynanın təsirli əks-hücum üçün lazımi silah və sistemləri yoxdur. Qərb də bunu israrla Kiyevə vermir. Bu israrın yaratdığı ehtimal budur ki, Qərb liderləri Ukraynanın parçalanmasında maraqlıdır. Üstəgəl, Donald Tramp hakimiyyətə gələrsə, ABŞ Ukraynaya hərbi yardımı tam dayandıra bilər.

Ukrayna məsələsi Avropa Birliyinin öhdəliyinə buraxılır, Avropa Birliyi Amerikanı əvəz edəcək gücdə deyil. ABŞ-nin geri çəkilərək bunun məsuliyyətini Avropaya yükləməsi, Ukraynanın iki yerə böləcək. Brüssel buna göz yumacaq, əvəzində də Rusiyadan Qərbi Avropaya toxunmaması üçün zəmanət alacaq. ABŞ də geri çəkilərsə, fövqəldövlət imicini itirəcək. Hələlik gedişat bunları göstərir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər