ABŞ Prezidenti Co Bayden prezident seçkiləri ərəfəsində keçirilən yeni sorğuda əsas rəqibi Donald Trampı 4% qabaqlayıb.
Teleqraf.com xəbər verir ki, "Reuters"in aprelin 9-da keçirdiyio sorğuya əsəasən, seçicilərin təxminən 41%-i Baydeni dəstəkləyib.
Respondentlərin 37%-i isə Trampa səs verib. Həmçinin, seçicilərin təxminən 22%-i hələ də namizəd seçmədiklərini bildirib.
Qeyd edək ki, Tramp Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəddir. O, bu yaxınlarda Baydeni debata çağırıb.
Martın əvvəlində keçirilmiş sorğulara görə, Bayden əsas ştatlarda Trampa uduzmuşdu. Respondentlərin əhəmiyyətli bir hissəsi hazırkı lider Baydenin yaşını əsas səbəb kimi qeyd eymişdi. Eyni zamanda, respondentlər keçmiş prezident Trampı da “təhlükəli” biri adlandırmışdı.