Rusiya Ermənistana və Mərkəzi Asiya ölkələrinə qarşı sanksiyalar tətbiq edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina deyib.
Onun sözlərinə görə, Rusiya fövqəladə tədbirlər görə və "Mir" kartlarına xidmət göstərməyi dayandıran ölkələrə qarşı sanksiyalar tətbiq edə bilər.
Qeyd edək ki, Qazaxıstan, Ermənistan, Özbəkistan və Qırğızıstan bankları ABŞ-ın sanksiyaları səbəbindən Rusiya kartlarına xidmətin dayandırıldığını bəyan etmişdilər.