10 Aprel 23:19
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan ilə Çin Xalq Respublikası arasında viza rejimi ləğv olunub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Çinin Gürcüstandakı səfiri Zhou Jiang iki ölkə hökumətləri arasında Gürcüstan vətəndaşlarının Çinə vizasız gediş-gəlişini təmin edəcək “Adi pasport sahibləri üçün viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında” saziş imzalayıblar.

Müqavilə qüvvəyə mindikdən sonra Gürcüstan vətəndaşları Çində 30 gün vizasız qala biləcəklər. Saziş hər iki ölkədə daxili hüquqi prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər