11 Aprel 11:42
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ABŞ-ın keçmiş prezidenti Donald Trampı Ukraynaya dəstək verməli olduğuna inandırmağa çalışıb, çünki Qərbin müvafiq siyasətinin olmaması Rusiyanın mövqeyinin güclənməsinə gətirib çıxaracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Washington Post” qəzetinə müsahibəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri özü danışıb.

“Düşünürəm ki, Ukraynanı dəstəkləməkdən imtina etmək Ukraynanın mövqeyini zəiflədəcək, Putinin mövqeyini gücləndirəcək və bu ilin sonunda kim prezident olacaqsa, o, belə vəziyyətdə olmaq istəməz”, - Kemeron deyib.

Kemeron əlavə edib ki, o, Trampla söhbətində güclü və zəif tərəflərə diqqət yetirib və keçmiş prezidentə “bu ilin sonunda Ukraynanın güclü, Putinin isə zəif mövqedə olması hamının maraqlarına cavab verir” deyib.

Bundan əvvəl Tramp Ukrayna lideri Vladimir Zelenskinin Ukraynaya səfər dəvətindən imtina edib və Ukrayna böhranının həlli planlarından danışıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər