Raket zərbələri nəticəsində Kiyev vilayətindəki “Tripol” İstilik Elektrik Stansiyasının dağıdılmasından sonra Rusiya Sumıdakı enerji obyektinə hücum edib.
Teleqraf.com xəbər verir ki, yerli vaxtla saat 16:00-dan sonra Sumıda güclü partlayış səsi eşidilib. Regional Hərbi Administrasiyası Sumı şəhərinin mühüm infrastrukturuna - yerli istilik elektrik stansiyasına havadan zərbə endirildiyini açıqlayıb.
İlkin məlumatda xəsarət alan olmadığı bildirilib.