12 Aprel 09:38
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 5 gün ərzində 30 şəhərdə keçirilən “Qalxan-19” əməliyyatları çərçivəsində 1177 immiqrant saxlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya rəsmi "X" hesabında paylaşım edib.

Nazir bildirib ki, Türkiyənin hər bir bölgəsində qətiyyətlə həyata keçirilən əməliyyatlar nizamsız miqrasiyanın və immiqrant qaçaqmalçılığının qarşısının alınması üçün fasiləsiz olaraq davam edəcək: “Ölkəmizi qeyri-qanuni miqrasiya üçün hədəf və tranzit marşrutuna çevirməyə çalışan immiqrant qaçaqmalçılarına heç vaxt imkan verməyəcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər