12 Aprel 16:54
9 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis Rusiyanın paytaxtı Moskvada Qırğızıstan səfirliyinin müşaviri Manas Joldoşbekovun mənzilinə soxularaq ondan miqrasiya qeydiyyatını təsdiq edən sənəd tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə VÇQ-OQP Teleqram kanalı məlumat yayıb.

Kanal bildirir ki, bununla bağlı Qırğızıstan Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə nota verib.

Məlumata görə, hadisə aprelin 8-də baş verib. İki polis Joldoşbekovun yaşadığı ünvana gələrək içəri girmək üçün qapının sındırıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları kobud şəkildə miqrasiya qeydiyyatı sənədinin təqdim edilməsini tələb ediblər. Diplomat və ailə üzvləri diplomatik pasportları və digər müvafiq sənədləri təqdim etdikdən sonra da polislər miqrasiya qeydiyyatı sənədlərinin verilməsini aqressiv şəkildə tələb etməkdə davam edib, nəticədə diplomatın xanımı və azyaşlı uşaqları fiziki, psixoloji xəsarət alıb”, - kanalın məlumatında deyilir.

Qırğızıstan parlamentinin üzvü Dastan Bekeşev Joldoşbekovla əlaqə saxladığını və onun baş verənləri təsdiqlədiyini deyib.

Qırğızıstan Xarici İşlər Nazirliyi də Rusiya səfirliyinə diplomatik münasibətlərə dair Vyana Konvensiyasının müddəalarının pozulmasından narahatlığını bildirib. Nazirlik bu cür hərəkətləri “yolverilməz” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər