12 Aprel 17:27
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İsrailə cavab hücumu bu gün başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “CBS News” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

ABŞ kanalının iddiasına görə, hücum 100-dən çox pilotsuz təyyarə və ölkə daxilindəki hərbi hədəfləri hədəf alan onlarla raketi əhatə edə bilər. Rəsmilər Tehranın dramatik eskalasiyanın qarşısını almaq üçün daha kiçikmiqyaslı zərbələrə üstünlük verə biləcəyini də söyləyirlər.

İran aprelin 1-də Suriyadakı konsulluğunun bombardman edilməsinə görə İsraili ittiham edir. İsrail bu ittihamla razılaşmır.

Tehran Təl-Əvivi hücuma cavab verməklə hədələyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər