13 Aprel 01:44
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hizbullah" Livanın cənubundan İsrailin şimalına 50-dən çox "Katyuşa" raketi atıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Hizbullah" bəyanat yayıb.

Məsələ ilə bağlı İsrail ordusunun mətbuat xidmətinin yaydığı məlumatda isə qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri Livandan İsrail ərazisinə uçan 40-a yaxın raketin buraxılmasını qeydə alıb. Onlardan bəziləri hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.

Raketlərin yaşayış olmayan ərazilərə düşdüyü bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər