29 Yanvar 2015 21:47
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş naziri Ovik Abramyan “əlavə dəyər vergisi” haqqında qanuna edilən dəyişiklərə etiraz edən nümayişçilərlə görüşdən imtina edib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə etirazçılara Aleksandr Qazanyan məlumat verib. Onun sözlərinə görə, buna səbəb baş nazirin hazırda vaxtının olmamasıdır: “Abramyan 3 gün öncə sahibkarlarla görüşüb və fikirlərini öyrənib.

Hazırda isə onun işi çoxdur və heç kimi qəbul edə bilməz”. Sahibkarlar isə prezident iqamətgahına doğru yürüş təşkil edəcəklərini bildiriblər. Yayılan məlumatlara görə, etirazçıların iqamətgaha gedən Baqramyan prosepektini bağlayıblar.

Samir


Müəllif: